Modern.az

“Qalatasaray” - “Fənərbağça” oyunu barədə qərar VERİLDİ

“Qalatasaray” - “Fənərbağça” oyunu barədə qərar VERİLDİ

İdman

11 Aprel 2024, 22:50

Türkiyə Superkuboku uğrunda baş tutmayan “Qalatasaray” - “Fənərbağça” oyunu ilə bağlı yekun qərar verilib.

 

Modern.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi meydandan çəkilən “sarı-lacivərdilər”ə 0:3 hesablı texniki məğlubiyyət, eləcə də 4 milyon TL (210 418 manat) məbləğində pul cəzası verib.

 

Komandanı meydandan çıxaran idarəçi Əhməd Kətənci 60 gün hüquq məhrumiyyəti və 520 min TL (27 354 manat) pul cəzasına məhkum edilib.

 

Qeyd edək ki, TFF-nin qərarları ilə razılaşmayan “Fənərbağça” oyuna U-19 komandası ilə çıxıb. Birinci dəqiqədə “Qalatasaray” hesabı açdıqdan sonra rəqib klubun oyunçuları meydanı tərk edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü