Modern.az

“Twitter”in gəliri kəskin AZALIB

“Twitter”in gəliri kəskin AZALIB

4 Mart 2023, 08:50

“Twitter” şirkətinin ötən ilin dekabrında gəliri 40 faiz azalıb.

 

Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

 

Bildirilib ki, maliyyə göstəricilərinin aşağı düşməsinə iş adamı İlon Maskın şirkəti almasından sonra reklamçıların “Twitter” ilə əməkdaşlıqdan imtina etməsi səbəb olub.

 

Belə ki, İlon Maskın siyasəti ilə razılaşmadığı üçün reklam verənlərin yarıdan çoxu şirkətlə əməkdaşlığı dayandırıb.

 

Statistikaya əsasən ötən ilin oktyabrından yanvarın 25-dək aylıq reklam gəlirləri 60 faizdən çox azalaraq, 127 milyon dollardan 48 milyon dollara düşüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı