Modern.az

Azərbaycanda benzin istehsalı azalıb

Azərbaycanda benzin istehsalı azalıb

20 Mart 2023, 19:47

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda avtomobil benzininin istehsalı 3,7 faiz azalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

 

Məlumata görə, ümumilikdə neft məhsullarının istehsalı sahəsində azalma müşahidə olunur. Cari ilin yanvar-fevral aylarında neft məhsullarının istehsalının ümumi dəyəri 646,5 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz azalıb.

 

Neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 50,6 faiz, neft koksunun istehsalı 12,8 faiz artıb. Qazoylların (dizel yanacağının) istehsalı 0,6 faiz, ağ neft istehsalı 7,5 faiz, neft bitumu istehsalı 47,1 faiz, mazut istehsalı isə 90,8 faiz azalıb.

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı