Modern.az

Məşhur amerikalı aktyor vəfat edib

Məşhur amerikalı aktyor vəfat edib

4 Mart 2023, 10:44

Məşhur amerikalı aktyor Tom Sayzmor 61 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi onun menecerinə istinadən məlumat yayıb.

 

Bir çox filmdə sərt rolları ilə yadda qalan aktyor Kaliforniyanın Burbank şəhərindəki xəstəxanada dünyasını dəyişib.

 

Məşhur "Sıravi Rayanı xilas etmək" filmində rol alan Sayzmor bir neçə həftə əvvəl beyin anevrizması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

 

Aktyor, həmçinin 2001-ci ildə ekranlaşdırılan və ABŞ ordusunun 1993-cü ildə Somalinin paytaxtı Moqadişuda baş verən uğursuz basqınından bəhs edən "Qara qırğı" (Black Hawk Down) filmində rol alıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi