Modern.az

Exo qəzeti həmişəlik bağlanır  

“Exo” qəzeti həmişəlik bağlanır  

Media

19 May 2018, 11:34

Azərbaycanda aparıcı rusdilli qəzet olan "Exo" maliyyə problemləri ilə əlaqədar fəaliyyətini dayandırır.

Modern.az-ın məlumatına görə, bu barədə qəzetin redaksiyası məlumat yayıb.
Redaksiya bəyan edib ki, mərhum baş redaktor Rauf Talışinskinin bu yaxınlarda vəfat etməsindən sonra qəzetin maliyyə problemləri artıb və həllolunmaz vəziyyətə dirənib.

Kollektiv qərara alıb ki, mayın 26-da "Exo"nun sonuncu nömrəsi dərc edilsin və sonra başğalsın.

Xatırladaq ki, baş redaktor Rauf Talışinski mayın 8-də 61 yaşında qəfil ürəktutmasından vəfat edib.
"Exo" qəzeti 2001-ci ildən müstəqil mətbu orqan kimi fəaliyyət göstərirdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü