Modern.az

Əhalinin banklardakı əmanətləri - RƏQƏMLƏR

Əhalinin banklardakı əmanətləri - RƏQƏMLƏR

Aktual

14 İyul 2016, 11:04

Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin iyun ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 18197,1 milyon manat təşkil edib.

 

Modern.az saytı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onun 14306,1 milyon manatı uzunmüddətli kreditlər olub.

 

Kredit portfeli 2015-ci il iyun ayının 1-i ilə müqayisədə 11,1 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,3 faizini təşkil edib.

 

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il iyun ayının 1-nə 7566,0 milyon manatdır.

 

İyun ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,52 manata (ilin əvvəlindən 1,55 manata), 1 Avroya – 1,70 manata (1,73), 100 Rusiya rubluna – 2,32 manata (2,21) bərabər olub.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü