Modern.az

Hüsnü Mübarək Qahirəyə ordu yeritdi

Hüsnü Mübarək Qahirəyə ordu yeritdi

28 Yanvar 2011, 12:19


Bu gün Misir müxalifəti özünün ən böyük aksiyasını keçirməyi planlaşıdırır. Müxalifət liderləri Qahirə, İsgəndəriyyə, Suveyş və İsmailiyyə şəhərlərində nümayişlər keçirəcək. Mitinq günorta namazından sonra başlanmalıdır. Misirdə ölkənin əsas müxalifət partiyası olan Müsəlman Qardaşlığı qrupu bəyan edib ki, təşkilatın bəzi üzvləri kütütləvi antihökumət nümayişi ərəfəsində həbs olunub.
Ən son məlumata görə, Misir hakimiyyəti paytaxt Qahirəyə ordu hissələrini yeridib. Hərbi hissələr şəhərin strateji obyektlərini nəzarət altına alırlar.

Modern.az xarici KİV-lərə istinadla xəbər verir ki, Qahirəyə aparan əsas yollarda terrorla mübarizə üzrə xüsüsi təyinatlı hissələr yerləşdirilib.

Etirazçıların əsas tələbi prezident Hüsnü Mübarəkin istefasıdır.


Misirin əsas müxalif fiqurlarından biri Məhəmməd əl-Baradey nümayişə qoşulmaq üçün Misirə qayıdıb. Misirdə müxalif fiqur sayılan Məhəmməd əl-Baradey deyib ki, cümə günü kütləvi etirazlarda iştirak etmək və daha yaxşı güzaran üçün xalqın tələblərinə dəstək vermək üçün gəlib.
O, BBC-yə müsahibəsində bildirib ki, Misirdəki vəziyyət təhlükəlidir və hökumət zor işlətməkdən çəkinməlidir. Onun fikrincə, nümayişçilərə qarşı bir xeyri zorakılıqlar olub və bu partlayışlı vəziyyətə gətirib çıxara bilər.

“Mən gəlmişəm ki, onlarla birgə olum. Mən həmişə demişəm ki, məni bu dəyişikliyin simvolu kimi görmək istəsələr, məqbuldur, lakin dəyişiklik onlar bir araya gəlməyincə, baş verməyəcək. Onlar indi bir araya gəliblər və mən də siyasi və mənəvi dəstək vermək üçün onlarla birlikdə olmağa borcluyam. Onların adından danışmağa və onlarla birlikdə olmağa hazıram. Mən bunu elə etmək istəyirəm ki, keçid yumşaq olsun”.

Misirin əsas müxalifət partiyası Müsəlman Qardaşlığıdır. Partiya rəsmən qadağan olunub, lakin ötən dekabrda keçirilmiş seçkilərədək parlamentdə mandatlara malik idi. 

Misirdə baş verənlərə ən mötəbər Qərb reaksiyası prezident Barak Obamadan gəlib. O deyib ki, Misirin çox geniş islahatlara ehtiyacı var:

"Misir bir çox həlledici anlarda bizim müttəfiqimiz olub. Onlar İsraillə sülh imzalayıblar. Prezident Mübarək Yaxın Şərqə dair bir çox müşkül məsələlərin həllində çox fayda verib. Lakin mən ona həmişə demişəm ki, islahatlara doğru hərəkət etmək lazımdır. Bu, Misirin uzunmüddətli firavanlığı üçün vacibdir. İndi isə bu canayığılmaları küçələrdə görürük. Mənim əsas ümidim budur ki, zorakılıq Misirdəki problemlərin həlli deyil. Odur ki, hökumət zorakılığa əl atmamaq üçün çox ehtiyatlı olmalıdır. Elə küçələrdəkilər də zorakılıqlara əl atmamaq üçün çox ehtiyatlı olmalıdırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü