Modern.az

Millət vəkilinin görüşləri kəndlərdə davam edib (FOTOLAR)

Millət vəkilinin görüşləri kəndlərdə davam edib (FOTOLAR)

Parlament

11 Fevral 2011, 16:20

Fevralın 10-da deputat Novruz Aslanovun (Novruz Aslan) seçiciləri ilə növbəti görüşü İsmayıllı rayonunun böyük kəndlərindən biri olan Diyallıda baş tutub. Bu görüş İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı N.Ələkbərovla bir yerdə keçirilib. Diyallı kənd orta məktəbində keçirilən görüşdə yerli icra və digər strukturların rəhbərləri də iştirak ediblər. Deputatın qərargahından verilən məlumata görə, belə səyyar görüşlər bundan sonra da kəndlərdə, hətta ən ucqar dağ kəndlərində davam etdiriləcək.

Görüşə gələnlər fərdi qaydada növbə ilə qəbul edilib. Müraciətlər əsasən kəndə mavi yanacağın verilməsi, elektrik dirəklərinin yenisi ilə əvəzlənməsi və yolun təmiri ilə bağlı olub. Bunlarla yanaşı, kəndin sürüşmə ərazisində yerləşən fərdi yaşayış evlərinin köçürülməsi, müalicə, torpaq islahatları, işlə təminat və digər məsələlər də müraciətlər sırasında yer alıb. Bir çox məsələlərin həlli əlaqədar yerli strukturların rəhbərlərinə tapşırılıb. Digər məsələlər araşdırılaraq həlli istiqamətində müvafiq strukturlara müraciətlərin edilməsi nəzərdə tutulub. 

"Belə səyyar görüşlər sayəsində bir çox problemlər öz müsbət həllini tapır. Deputat ilə icra hakimiyyətinin birgə fəaliyyəti rayonun mövcud problemlərinin həllində daha effektiv üsuldur. Eyni zamanda birgə keçirilən görüşlər yerli sakinlərə daha çox səmərə verir"-deyə deputatın qərargahından bildirilib.

Məlumat üçün bildiririk ki, belə praktiki fəaliyyət üsulu deputat tərəfindən çoxdan tətbiq edilir. Xüsusilə, ucqar kəndlərdə belə görüşlərin keçirilməsi sakinlər üçün daha əlverişlidir. Çünki, onlar əziyyət və müəyyən qədər xərc çəkərək daha rayon mərkəzinə, həmçinin Bakıya görüş üçün gəlmirlər. Deputat və rayon icra hakimiyyəti başçısı özləri onlarla görüşə gedirlər.  Cələcək görüşlərin də səyyar keçirilməsi nəzərdə tutulub.   

Sakinlərin qaldırdığı bəzi məsələləri diqqətinizə çatdırırıq:

1.         Nuğayev Rəhman-kəndə yeni qaz xəttinin çəkilməsi,
2.         Şabanova Cəmilə-evinin sürüşmə ərazisində olması barədə,
3.         Şərifova Nərminə-evinin qəzalı vəziyyətdə olması barədə,
4.         Nəsirova Solmaz-sosial yardımın ala bilməməsi barədə,
5.         Səmədova Nuranə-əlillər üçün inşa edilmiş evdə mənzillə təminat,
6.         Məmmədov Əmrah-yaşayış evinin tikintisinə köməklik,
7.         Şəfaqətova Güləzər- yaşayış evinin tikintisinə köməklik,
8.         Qasımova Rəna-övladının müalicəsinə köməklik,
9.         Məmmədova Xanım-oğlunun işlə təmin olunmasına köməklik,
10.       Qafarova Şəhla-işlə təmin olunmasına köməklik,
11.       Əliyev Muxtar-Sədiyan kəndində yeni məktəb binasının tikilməsi, elektrik dirəklərinin dəyişdirilməsi, kənd yolunun təmiri,
12.       Orucova Ədilə-torpaq sahəsinin sənədləşdirilməsinə köməklik,
13.       Qafarov Kənan- işlə təmin olunmasına köməklik,
14.       Bahəddinov Şərafəddin-işlə təmin olunmasına köməklik,
15.       Ömərov Zeynal-pay torpaq sahəsinin sənədlərinin verilməsi,
16.       Alıyev Ruslan- pay torpaq sahəsinin sənədlərinin verilməsi,
17.       Kərimova Xatirə-maddi yardım,
18.       Topulov Nazim-güzəştli kreditin alınmasına köməklik,
19.       Ələsgərov Adil-pay torpaq sahəsi barədə,
20.       Göyüşov Veyis- işlə təmin olunmasına köməklik,
21.       Baxışov Umud- güzəştli kreditin alınmasına köməklik.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü