Modern.az

Onlar imtahanda maksimum bal topladı - FOTO

Onlar imtahanda maksimum bal topladı - FOTO

30 Aprel 2024, 17:00

Xəbər verdiyimiz kimi, bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 4 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

 

Modern.az xəbər verir ki, 4 şagirddən ikisinin adı açıqlanıb.

 

Belə ki, onlardan biri 270 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Alıyev Nəsib Şamil oğludur.

 

Digəri, Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin 9-cu sinif şagirdi Xəlilli Aylin Elşən qızıdır. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi