Modern.az

Tale Heydərovdan sel basan otellə bağlı AÇIQLAMA

Tale Heydərovdan sel basan otellə bağlı AÇIQLAMA

Aktual

20 Oktyabr 2016, 18:25

““Qafqaz Resort Hotel”ini əvvəlki vəziyyətinə qaytaracağıq”.

 

Bu sözləri "Qafqazinfo"ya açıqlamasında "Qəbələ" klubunun prezidenti, sözügedən otelin sahibi Tale Heydərov deyib.

 

Onun sözlərinə görə, oteldə baş verənlər nəzarətdədir:

 

“Rayon İcra Hakimiyyəti də bu işlə məşğuldur. Vəziyyəti yenidən stabilləşdirmək istəyirik. Artıq təmir işlərinə başlanılıb. Oteli əvvəlki vəziyyətinə qaytaracağıq”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti paytaxt Bakı daxil olmaqla, bir sıra rayonlarımıza ziyan vurmuşdu. O cümlədən Qəbələnin məşhur “Qafqaz Resort Hotel”i zərər çəkmişdi. Güclü leysan nəticəsində oteli sel basmışdı.

 

Xatırladaq ki, “Qafqaz Resort Hotel” bir neçə il əvvəl fəaliyyətə başlayıb və Azərbaycanın regionlarında inşa olunan ən prestejli otellər sırasındadır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü