Modern.az

Madriddə erməni təxribatına etiraz edilib

Madriddə erməni təxribatına etiraz edilib

Dünya

21 Yanvar 2017, 22:47

İspaniyada yaşayan həmyerlilərimiz Madriddə keçirilən “Fitur-2017” beynəlxalq turizm sərgisində Ermənistan tərəfindən Dağlıq Qarabağdakı separatçı rejimi təbliğ edən xüsusi stendin nümayiş olunması ilə bağlı etiraz aksiyası keçiriblər. Modern.az saytı xəbər verir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi də  sərgi təşkilatçılarına etiraz məktubu göndərmişdi: “Ümumdünya Turizm Təşkilatının tanınmamış ərazilərin təbliğ edilməməsi ilə bağlı müvafiq qərarı var. Mütəmadi olaraq Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həm beynəlxalq təşkilatlara, həm tədbirlərin təşkilatçılarına bu halların qarşısının alınması üçün əvvəlcədən müvafiq müraciətlər ünvanlanır. Bu faktla bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatında keçirdiyi rəsmi görüşlər zamanı öz narahatlığını ifadə edib”.

 

Qeyd edək ki, sərgi yanvarın 18-də işinə başlayıb və yanvarın 22-də yekunlaşacaq.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü