Modern.az

Çində tualet inqilabının uğuru ...

Çində tualet inqilabının uğuru ...

Dünya

4 Fevral 2017, 22:58

Çində son iki ildə 50916 ictimai tualet tikilib və yenidən qurulub.  Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, ölkədə qarşıya qoyulan 3 illik“Tualet inqilabı”proqramının 89,33 faizini təşkil edir. 

 

Bu haqda Çinin turizm işləri üzrə dövlət idarəsinin rəhbəri Li Tszintszao məlumat verib.

 

O qeyd edib ki, Çində tualetlərlə bağlı vəziyyət yalnız kəmiyyət deyil, həm də keyfiyyət baxımından yaxşılaşır.

 

Tualet tikintisi və yenidən qurulması işi ciddi milli standartlara uyğun aparılır.

 

Bu standarta görə, ölkədəki tualetlərin sayı yetərincə olmalı, təmiz vəziyyətdə saxlanılmalı və pis qoxu gəlməməli, effektiv idarə olunmalı və pulsuz olmalıdır.

 

Bu proqramın icrasına başlanandan bəri Çində ictimai tualetlərlə bağlı şikayətlərin sayı hiss olunacaq qədər azalıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü