Modern.az

 “Məktəblinin dostu” seçilmiş şəxslərlə görüş keçirilib

 “Məktəblinin dostu” seçilmiş şəxslərlə görüş keçirilib

Aktual

16 Fevral 2017, 16:50

Fevralın 15-də 95 nömrəli tam orta məktəbdə “Məktəblinin dostu” seçilmiş şəxslərin fəaliyyəti ilə bağlı görüş keçirilib.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüşdə Mətbuat Şurasının üzvü Azər Həsrət, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı iştirak ediblər. Qonaqlar “Məktəblinin dostu” pilot layihəsi üzrə seçilmiş şəxslərlə görüşüb, onların gündəlik iş fəaliyyətini izləyiblər.

 

Görüş iştirakçılarına məlumat verilib ki, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblinin dostu” pilot layihəsi üzrə seçilmiş şəxslər ötən ilin dekabr ayından fəaliyyət göstərirlər. Bakı şəhəri üzrə 30 ümumi təhsil müəssisəsini əhatə edən layihə üzrə 112 nəfər əməkdaş çalışır.

 

“Məktəblinin dostu” seçilmiş şəxslərin əsas vəzifəsi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi yardım göstərməkdir. Bununla yanaşı, əməkdaşlar hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.

 

Namidə BİNGÖL

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü