Modern.az

Daha bir sərhəd kəndində minatəmizləmə işləri başa çatdı

Daha bir sərhəd kəndində minatəmizləmə işləri başa çatdı

Aktual

30 Aprel 2024, 16:39

Ermənistanın Tavuş vilayətinin Berkaber kəndi ərazisində minatəmizləmə işləri başa çatıb, lakin delimitasiya və demarkasiya işləri hələ tamamlanmayıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın KİV-nə Tavuş vilayətinin Berkaber icmasının rəhbəri Tiqran Arutyunyan bildirib.
 

O qeyd edib ki, bu gün heç bir iş görülmür.

Xatırladaq ki, Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb.

Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi