Modern.az

Deputatdan ETİRAZ: “...gözükölgəli deyilik ki, həqiqətləri gizlədək”

Deputatdan ETİRAZ: “...gözükölgəli deyilik ki, həqiqətləri gizlədək”

Aktual

24 Fevral 2017, 12:48

“Biz bəzi həqiqətləri olduğu kimi demirik. Biz hansısa ölkələrin qarşısında gözügölgəli deyilik ki, həqiqətləri gizlədək”.

Modern.az saytının xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Fərəc Quliyev bildirib.

O bildirib ki, Milli Məclisin Xocalı soyqırımı ilə bağlı qəbul edəcəyi qərar layihəsində 366-cı motoatıcı alayın SSRİ-yə məxsus olduğunun qeyd edilməsi düzgün deyil.

Deputatın sözlərinə görə, Xocalı soyqırımı olarkən SSRİ adlı dövlət yox idi.

“Buna görə də, biz Rusiya ordusunun 366-cı motoatıcı alayı kimi qeyd etməliyik. Bu, Rusiya əhalisinə qarşı deyil, sadəcə olaraq həqiqətləri deməliyik”.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü