Modern.az

Ermənistan parlament seçkilərinə görə təxribat törədir...

Ermənistan parlament seçkilərinə görə təxribat törədir...

Aktual

26 Fevral 2017, 11:51

 

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilən məlumatlara görə, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən cəbhədə yeni təxribatlar törədilib və Xocavənd Füzüli istiqamətində Azərbaycan silahlı qüvvələrinin əlverişli mövqelərinin ələ keçirilməsinə cəhd edilib. Bu, Ermənistanın siyasi təxribatlarının davamıdır".

 

Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O,  bildirib ki, Ermənistanın təxribatlarının ardı-arası kəsilmir.

 

“Belə ki, bu il fevral ayının 20-də  Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz referendumlar keçirərək siyasi təxribata yol verildi.

İndi də Ermənistanın siyasi təxribatları hərbi təxribatlarla davam etdirilir. Burada məqsəd danışıqlar prosesinin substantiv məsələlərlə həllinə imkan verməmək, mövcud “status-kvo”nu gücləndirmək və xüsusilədə Xocalı soyqrımının 25-cil il dönümündə Ermınistanın üzərinə məsuliyyətdən beynəlxalq ictimaiyyətin  diqqətini yayındırmaqdır.

Bundan başqa da Ermənistanda gözlənilən parlament seçkiləri ərəfəsində hakim rejimin itirilmiş nüfuzunu və sosial bazasını gücləndirməyə xidmət edir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, cəbhədə bu cür gərginliklərin yaranmasının əsas səbəbi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur.

Ona görə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəfələrlə bəyan etdiyi kimi mövcud “status-kvo”nun dəyişdirilməsi  və vəziyyətin sabitləşdirilməsi regionda davamlı sülhün təmin olunması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalıdır. Bu BMT Təhlükəsizlik Şurasının da məlum qətmamələrinin tələbidir. Cəbhədə yaranmış vəziyyət bilavasitə Ermənistanın təhriki və təxribatı ilə baş verib, bu məsələyə görə məsuliyyət Ermənistanın siyasi rəhbətliyinin üzərinə düşür”.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü