Modern.az

Azərbaycan TÜRKSOY əlaqələri müzakirə edilib

Azərbaycan TÜRKSOY əlaqələri müzakirə edilib

14 Aprel 2017, 20:02

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov TÜRKSOY-un baş katibi Düsen Kaseinovu ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə TÜRKSOY-un fəaliyyəti, incəsənət və mədəniyyət sahəsində həyata keçirdiyi tədbirlər və türk xalqlarının ortaq mədəniyyətinin təşviqi istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.

D. Kaseinov Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunan Azərbaycan-TÜRKSOY əlaqələri haqqında kitabı təqdim edib.

TÜRKSOY-un fəaliyyətindən danışan D. Kaseinov Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 25 illiyinə həsr olunan TÜRKSOY Gənclik orkestrinin İngiltərə, Şotlandiya və İtaliyada keçirilmiş konsertində səsləndirilmiş türk dünyası müasir klassik musiqi bəstəkarlarının əsərləri, həmçinin TÜRKSOY “Beynəlxalq Novruz bayramı” çərçivəsində Ankara, İstanbul, Nyu-York və Vaşinqtonda keçirilmiş konsertlərində səsləndirilmiş musiqilərin yer aldığı diski təqdim edib.

Görüşdə TÜRKSOY-un gündəliyində duran məsələlər, digər beynəlxalq qurumlarla əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü