Modern.az

Bakıda 1592 qəzalı lift dəyişdirilib

Bakıda 1592 qəzalı lift dəyişdirilib

Aktual

19 Aprel 2017, 16:34

“Prezident İlham Əliyevin göstərişi ilə ümumilikdə Bakıda istismar müddətini başa vurmuş 1592 ədəd lift yenisi ilə əvəz edilib. Bakıda 1243 binada 5275 liftə texniki xidmət göstərilirdi. Hazırda isə bu rəqəm 5300-ə qədər yüksəlib”.

Bu sözləri Modern.az-a açıqlamasında Bakı Lift-Təmir İstehsalat Birliyinin Texniki şöbə mühəndisi Əli Hənifəyev deyib. Onun sözlərinə görə, dövlət vəsait ayırdığı halda təmirə ehtiyacı olan liftlər Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birlikdə müəyyən edilir:

"Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri ilə birgə ildə bir dəfə liftlər texniki baxışdan keçirilir. Yalnız texniki təhlükəsizlik qaydalarına cavab verən liftlərin növbəti il üçün istifadəsinə icazə verilir. Təhlükə yarada biləcək liftlər isə siyahıya alınır və  müvafiq təmir-bərpa işləri aparıldıqdan sonra işə buraxılır".

Əli Hənifəyev həmçinin qüvvədə olan normativ sənədə əsasən liftlərin işləmə müddətinin 25 il olduğunu da qeyd edib.



Günay Rəsulqızı

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü