Modern.az

Payızda Azərbaycan siyasi mühitinə yeni “nəfəs” gələcək

Payızda Azərbaycan siyasi mühitinə yeni “nəfəs” gələcək

Aktual

22 Avqust 2017, 09:14

Respublikaçı Alternativ Hərəkatının (REAL) partiyaya çevrilməsi istiqamətində işlər gedirdi. Lakin hələlik bu istiqamətdə ciddi addım müşahidə olunmur.

 

Bu səbəbdən  istər-istəməz  REAL-ın partiyaya çevrilmə məsələsinin təxirə salındığı ətrafında düşüncələr yaranır.

 

Bu fikirlərin real olma ehtimalı varmı?

 

REAL-ın icraçı katibi Natiq Cəfərli Modern.az-a açıqlamasında məsələnin təxirə salınmadığını və bu istiqamətdə işlərin davam etdiyini bildirib:

 

“Partiyaya aid olan alt strukturların qurulması  davam edir və demək olar ki, bitmək üzrədir. Həm Bakıda , həm də regonlarda el məclislərin formalaşması, onların idarəetmə strukturlarının qurulması, ayrıca şəkildə fəaliyyət göstərmə qabiliyyətləri, müəyyən insanların rəğbətini qazanmaq üçün onlarla daim təmasda olması istiqamətində işlər gedir. Sadəcə təsis qurultayının keçirilmə yeri ilə bağlı təşkilati məsələlər qalıb. Güman ki, tətil mövsümü bitəndən sonra bununla bağlı qərar veriləcək”.

 

N.Cəfərlinin sözlərinə görə REAL-ın payız aylarında partiyaya çevriləcəyi planlaşdırılır:

 

“Hazırda məclis qurultayının keçirilməsi gündəmdədir. Müraciət etdikdən sonra yer veriləcəkmi, verilməyəcəksə, hansı addımlar atmaq olar? Əsasən bu cür texniki  məsələlərin həlli ilə məşğuluq.

 

Biz bir mərkəzdən idarə edilən siyasi təşkilat yaratmaq arzusunda deyilik. Regional məclislərin də liderlərinin olmağını, insanlarla təmas qurmağını istəyirdik. Bu baxımdan qarşımıza qoyduğumuz bütün kriteriyalara demək olar ki, nail olmuşuq. Payız aylarında REAL-ın partiyaya çevrilməsini planlaşdırsaq da, təbii ki, bizdən asılı olmayan səbəblər ola bilər. Yəni texniki məsələlərdən çox şey asılıdır”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?