Modern.az

Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur

Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur

Aktual

17 Oktyabr 2017, 18:21

Bu gün saat 11:25 radələrində Bakıda daha bir piyada vurulub.

 

Modern.az Avtosfer.az-a istinadən xəbər verir ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/17 ünvanının qarşısında "Jeep" markalı, 90 AA 707 dövlət nömrə nişanlı, avtomobil yolu keçən piyadanı vurub.

 

Hadisə piyada keçidinin üstündə baş verib.

 

Yolu keçməkdə olan 20 yaşlı qız həmin avtomobil tərəfindən yolun əks tərəfində, keçidin üstündə vurulub. Zərbənin təsirindən 10 metr irəli düşən piyada başından ağır xəsarət alıb, hadisə yerində olan vətəndaşların köməyilə sürücü yaralını avtomobilə qoyaraq, xəstəxanaya aparıb.

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, "AA 707" seriyası Qaraşovlar ailəsinə məxsusdur. 

Söhbət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun özünün və ailə üzvlərinin avtomobillərindən gedir. Konkret qəzanı törədən nömrə A. Qaraşovun oğlu Fərhad Qaraşova məxsus olub. Hazırda bu nömrə rəsmi olaraq Mars-FK LTD şirkətinin adınadır. Şirkətin sahibi isə Fərhad Qaraşovdur. 

Qəza zamanı sükan arxasında olan sürücünün kimliyi isə hələ ki, açıqlanmayıb.

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü