Modern.az

Türkiyə, Azərbaycan və İran xarici işlər nazirləri müzakirə aparacaq

Türkiyə, Azərbaycan və İran xarici işlər nazirləri müzakirə aparacaq

Aktual

18 Dekabr 2017, 14:05

Türkiyə, Azərbaycan və İran XİN rəhbərləri dekabrın 20-i Bakıda keçiriləcək üçtərəfli görüş çərçivəsində regional məsələləri müzakirə edəcək.

 

Bu barədə Trend-ə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Məlumatda qeyd olunur ki, nazirlərin görüşü regionda sülhün və sabitliyin təmin olunması prosesinə böyük töhfə verəcək.

 

Bundan başqa, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıda azərbaycanlı və iranlı həmkarları ilə ikitərəfli görüşlərinin keçiriləcəyi bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı