Modern.az

Qəzzada qanlı toqquşmalar: 645 yaralı –  VİDEO

Qəzzada qanlı toqquşmalar: 645 yaralı –  VİDEO

Dünya

20 Aprel 2018, 22:12

Qəzza bölgəsində İsraillə sərhəddə fələstinli etirazçılarla İsrail hərbçiləri arasında baş vermiş toqquşmalarda dörd nəfər həlak olub, 645 nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, bu barədə “Associated Press” Qəzzanın səhiyyə nazirliyinə istinadən məlumat yayıb.

İsrail ordusunun açdığı atəşdən həlak olan gənclər 24-25 yaşlarında olub.  

Qeyd edək ki, Qəzzada fələstinli fəalların təşkil etdiyi “Böyük qayıdış” yürüşü dördüncü həftədir ki, kütləvi zorakılıqlarla müşayiət olunur.  Bu vaxt ərzində İsrail hərbçilər 40-a yaxın fələstinli etirazçını qətlə yetirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!