Modern.az

Rusiyada terror törətməyə hazırlaşan 5 İŞİD üzvü tutulub

Rusiyada terror törətməyə hazırlaşan 5 İŞİD üzvü tutulub

Aktual

4 May 2018, 18:28

Rusiyada terror aktı törədilməsi cəhdinin qarşısı alınıb.


Modern.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Rusiyada terror aktı planlaşdıran İŞİD terror qruplaşmasının 5 üzvü 3-4 may tarixlərində Yaroslavl şəhərində saxlanılıb.

 

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətindən məlumat verilib. Bildirilir ki, axtarış zamanı həmin şəxslərin üzərindən partlayıcı qurğular, partlayıcı maddələr, odlu silahlar və döyüş sursatları aşkar edilərək götürülüb. 

 

 

Faktla bağlı cinayət işi açılıb. Hazırda zəruri əməliyyat-axtarış tədbirləri və istintaq aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı