Modern.az

Zibillikdən çıxan minlərlə cücə küçələrə axışdı - Video

Zibillikdən çıxan minlərlə cücə küçələrə axışdı - Video

Aktual

10 İyun 2018, 23:51

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda qeyri-adi hadisə baş verib.

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, şəhər yaxınlığında yerləşən quşçuluq fabriklərindən birinin sahibi inkubator yumurtalarının yararsız olduğunu zənn edərək, onları zibil poliqonuna atıb.

Lakin havanın yüksək temperaturunun təsirindən yumurtalardan cücə çıxıb.

Məlumata görə, minlərlə cücə Marneulinin mərkəzinə qədər gəlib və onlardan bəziləri yerli sakinlər tərəfindən götürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!