Modern.az

Tramp Koreya liderinə biznes plan təklif edib

Tramp Koreya liderinə biznes plan təklif edib

Dünya

12 İyun 2018, 14:47

ABŞ prezidenti Donald Tramp Şimali Koreya Lideri Kim Çen In ilə görüşü zamanı ona İPAD vasitəsi ilə video göstərdiyini bildirib.

 

Modern.az “CNN” kanalına istinadən xəbər verir ki, o bu videonun Koreyanın gələcəyi ilə əlaqədar olduğunu bildirib.

Göstərilən görüntülərin Koreyanın ticarət və turizm nöqteyi nəzərindən mümkün gələcəyinə həsr olunub.

 

“Misal üçün onların yaxşı çimərlikləri var. Siz bunu onların dənizə topla atəş açdıqları bütün videolarında görürsünüz. Mən dedim : “İlahi siz bu gözəlliyə bir baxın. Yəni bura çox mənzilli evlər üçün gözəl yer deyilmi? Mən, bunun yerinə onlarda dünyanın ən yaxşı otellərinin ola biləcəyini bildirdim” – Tramp bildirib.

 

O şimali Koreya liderini vəziyyətə daşınmaz əmlak ticarəti baxımından diqqət verməyə çağırıb.

Tramp sözlərinə görə göstərilənlər Kim Çen Ina güclü təsir edib.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü