Modern.az

Əli Həsənov: "Azərbaycanda azad media formalaşıb

Əli Həsənov:

Aktual

22 İyun 2018, 19:41

"Azərbaycan prezidenti vətəndaş cəmiyyəti institutlarını inkişafımızın əsas şərti kimi dəyərləndirir".

 

Modern.az-ın  məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illiyi ilə bağlı tədbirdə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov  bildirib.

 

Ə. Həsənov deyib ki, Azərbaycanın uğurlarının təməli Heydər Əliyev tərəfindən qoyulub: "1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda vətəndaş cəmiyyəti quruculuğu, siyasi plüralizm, siyasi fəaliyyət azadlığı əksini tapıb. Bu, inkişafımızın üç şərtidir. Hər üç sahədə inkişafımızı xarici ekspertlər də qey edirlər. 1995-ci ildə ilk dəfə çoxpartiyalı əsasda seçkilər keçirilir. Ötən dövrdə keçirilən seçkilər də çoxpartiyalı əsasda, şəffaf keçirilib. 1995-ci ildən bu günə qədər azad media formalaşıb. Biz vətəndaş cəmiyyətinin inkişafında da hədəflərimizə çatdığımız üçün qürur hissi keçiririk".

 

Ə.Həsənov qeyd edib ki, müstəqillik qazanandan sonra dövlətin ilk işlərindən biri qeyri-hökumət təşkilatları haqqında aktların qəbul olunması idi:  “Lakin 1998-ci ildə “Qrantlar haqqında” qanun qəbul olunana qədər qeyri-hökumət təşkilatlarının necə maliyyələşməsi ilə bağlı mübahisələr var idi. Həmin ilə qədər bu təşkilatların nümayəndələri müxtəlif tərəflərə meyil etdi. Bu gün Azərbaycanda şəffaf şəkildə vətəndaş cəmiyyəti institutunun fəaliyyətini müşahidə edirik. Həm dövlətin ayırdığı qrantlar, həm də xarici ölkələrdən daxil olan vəsaitlər təşəbbüskar insanlar tərəfindən istifadə edilir. QHT sektoru bir məslək kimi formalaşdı. Bu sektorda təşəbbüskar insanlar üçün iş imkanı yaradıldı. 26 illik müstəqillik fəaliyyətimizdə bu sektorun fıəaliyytinə 306 milyon manata yaxın vəsait ayırıb. Bu illər ərzində 4500-dən artıq layihəyə 36 milyona yaxın vəsait ayrılıb. 10 ildə 15 mindən çox insan QHT Şurasının ayırdığı vəsait hesabına fəaliyyət göstərib, 30 mindən artıq insan QHT sektorunda özünə məşğulluq tapıb. Dövlətimizin gücünü ölçəndə həm də bu 30 minə ümid bəsləyirik. Onlar dövlətimizə qarşı təhlükələrə sinə gərməkdə məmurlardan az fəal deyillər. Onlar dövlətin maraqlarını, qanunların düzgün tətbiqini heç siyasi partiyalardan da az təlqin etmirlər. Bəzi QHT-lər sırasında xarici donorların dəstəyi ilə dövlətin əleyhinə çıxış edənlər də olub. Bu mediada hiss olunan təcahürdür. Sevindirici haldır ki, mövqeyi sağlam olan qüvvələr QHT sektorunda təmsil olunanların 90 faizini təşkil edir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü