Modern.az

“Aqrolizinq” mexanizatorlara sertifikat təqdim edəcək

“Aqrolizinq” mexanizatorlara sertifikat təqdim edəcək

Aktual

17 Avqust 2018, 14:51

“Jonh Deere” pambıqyığan kombaynlarını idarə edəcək mexanizatorlar üçün təlim kursları başa çatır.

 

Modern.az xəbər verir ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Yevlax rayon nümayəndəliyində yerləşən təlim mərkəzində “Jonh Deere” markalı pambıqyığan kombaynlarını idarə edəcək mexanizatorlar üçün keçirilən təlim kursları başa çatmaq üzrədir.

İyulun 23-dən keçirilən təlimlərə 230 mexanizator cəlb olunub. Təlimlərin keçirilməsində məqsəd bu il pambıq yığımının tam itkisiz və vaxtında həyata keçirilməsinə nail olmaqdır.

Avqustun 20-də saat 11.00-da təlim mərkəzində kursun başa çatmasına həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə təlim kurslarını uğurla başa vurmuş mexanizatorlara sertifikat təqdim olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü