Modern.az

Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri geri çağırıldı - SƏRƏNCAM  

Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri geri çağırıldı - SƏRƏNCAM   

12 Noyabr 2018, 18:04

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, sərəmcamda deyilir:

“Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.

 
Qeyd edək ki, Adış Məmmədov 2013-cü il 12 avqust tarixində Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü