Modern.az

Erməni işğalının törətdiyi humanitar-mənəvi itkilər

Erməni işğalının törətdiyi humanitar-mənəvi itkilər

Aktual

16 Dekabr 2018, 20:43

Erməni işğalının insan faktoruna vurduğu  humanitar-mənəvi itkilər,  İnsan sağlamlığının itirilməsindən yaranan iqtisadi itkinin qiymətləndirilməsi nəzəriyyəsi  “həyatın keyfiyyəti” anlayışından istifadəyə əsaslanan  normativ metodun modifikasiyasına uyğundur.  Ümumi halda bu anlayış insanın ona xas olan funksiyaları yerinə yetirən fiziki və psixoloji amillərin geniş dairəsini əhatə edir.

           

Erməni işğalı nəticəsində yaranan humanitar-mənəvi itkilərin  qiymətləndirilməsində ilk növbədə  mənəvi iztirab, soyqırım, işgəncə, qorxu   kimi amillər nəzərə alınmalıdır. Bu hal nəinki qaçqın və məcburi köçkünləri eləcədə bütün ölkənin əhali qrupunu əhatə edir.

           

Mövcud sağlamlıq səviyyəsində zərərçəkənin hissləri və funksional imkanları həyatın keyfiyyətinin ölçülməsi üçün əsas kimi çıxış edir. 

           

Nəzərə almaq lazımdır ki, qaçqın və məcburi köçkünlərin  mənəvi iztirab, soyqırım, işgəncə, qorxu nəticəsində, sağlamlığının itirilməsindən yaranan fiziki itkiləri xarakterizə edir. Bu hisslərin ölkənin digər əhali qrupunu da əhatə edə biləcəyi istisna deyil. 

 

Sağlamlığın itirilməsinə görə kompensasiyaların ölçüsünün müəyyən edilməsində Beynəlxalq Əmək Təşkilatının “Sosial təminatın minimal ölçüləri haqqında” konvensiyası nəzərdə tutulsa da, bu konvensiyada insanların  mənəvi iztirab, soyqırım, işgəncə, qorxu nəticəsində, sağlamlığının itirilməsindən yaranan fiziki itkilər nəzərə alınmır.

           

Belə ki, konvensiyada sağlamlığın itirilməsinin dəyər göstəricilərinin qiymətləndirilməsinin analitik metodları adətən müəyyən konseptual təsəvvürlərə əsaslanır ki, bunlara əsasən itirilmiş vaxtın dəyəri aşağıdakılar üzrə müəyyən edilir:

•          itirilmiş gəlirin kəmiyyəti;

•          itkilərdən kənarlaşmaq üçün insanın etmək istədiyi ödənişin məbləği (ödənişə hazırlıq metodu);

•          nəzərdə tutulan dövrdə ictimai sektorda ölüm hallarının azaldılması xərclərinin məbləği;

•          “həyatın sığortalanması” metodu;

•          “vaxtın qiyməti” göstəricisindən istifadə və s.

 

Vaxtın dəyərinin gəlir itkiləri üzrə qiymətləndirilməsi konsepsiyasına uyğun olaraq bu itkilərin kəmiyyəti onların cari dəyəri ilə istehlak xərclərinin məbləği arasındakı fərq kimi və müxtəlif dövrlər üzrə kəmiyyətlər arasında diskont nisbətlərin uçotu ilə hesablanır. 

 

Ümumiyyətlə, insan həyatı illərinin qiymətliliyinin yalnız göstərilən gəlirlərin kəmiyyəti ilə müəyyən edilməsi metodologiyasını qəbul etmək bir qədər çətindir. Bununla əlaqədar olaraq ödənişə hazırlıq metodu insan həyatının mənəvi dəyərinin bir çox amillərinin uçotu da nəzərə alınmalıdır. Bu metod mahiyyət etibarilə Pareto meyarlarından  istifadəni nəzərdə tutur. Pareto meyarlarına görə heç olmazsa bir əhali qrupunun (bir nəfərin deyil) vəziyyətini yaxşılaşdıran istənilən tədbir səmərəli sayılır.

           

İnsan həyatının qiymətləndirilməsində ödənişə hazırlıq metodundan istifadə əsaslandırılarkən nəzərdə tutulur ki, bütün insanlar ölüm, sağlamlığın itirilməsi və s. üzrə risklərin azaldılmasına müəyyən qədər vəsait xərcləyirlər. Məlumdur ki, qeyd olunan hallar tam aradan qalxmasa da, onların baş verməsi ehtimalı azalır.

           

Beləliklə, ömür müddətinin artması insanın sonrakı illərdə yaşaması ehtimalının kəmiyyətinin artımına  ekvivalentdir. Təcrübədə insan həyatının dəyərinin qiymətləndirilməsi üzrə nəzərə alınan modellərdən istifadənin əsas çətinlikləri insan həyatının müxtəlif dövrləri üzrə malik olduğu nemətlərin faydalılığının müəyyən edilməsi ilə bağlıdır.

 

Ayrı-ayrı ölkələrdə vətəndaşların orta ömür müddəti fərqli olduğu kimi bu və ya digər səbəbdən (ölüm, əlillik, xəstəlik və s.) sağlamlığını itirmiş şəxslərə verilən kompensasiyalar da fərqlənir.

 

Təbii ki, həyat fəaliyyəti riskləri normativlərini sətrləşdirən ölkələr qanunvericiliklə insan həyatının və sağlamlığının itirilməsinə görə daha yüksək kompensasiya dərəcələrini təsdiq edirlər. 

           

Aparılan araşdırmalardan məlum olur ki, bir çox ölkələrdə həyat və sağlamlığın iqtisadi qiymətləndirilməsi kifayət qədər ciddi şəkildə zərərçəkənin əmək haqqı (gəlir) səviyyəsinə bağlanır.

 

O zaman belə bir nəticəyə gəlmək olar ki, Ermənistanın təcavüzü nəticəsində, azərbaycanlı qaçqın və məcburi köçkün əhalinin mənəvi itkiləri ikili zərər xarakteri daşıyır.

 

Başqa sözlə, bir tərəfdən Ermənistanın təcavüzü nəticəsində insanlar həlak olur, mənəvi iztirab, soyqırım, işgəncə, qorxu nəticəsində, iş qabiliyyətini itirir və nəticədə onların ailələri gəlirlərinin bir hissəsindən məhrum olurlar.

 

Digər tərəfdən, dövlət belə ailələrə müxtəlif forma və ölçülərdə himayədarlıq etmək məcburiyyətində qalır. Deməli, bu halda Azərbaycan dövləti hər iki istiqamətdə zərərlə üzləşir.

 

1988-1994-cü illərdə, eləcədə davam edən atəşkəs dövründə Azərbaycan Respublikasına Ermənistanın silahlı təcavüzü nəticəsində çoxsahəli zərərlər aşağıdakı kimi səciyyələnir.

 

S/s

İtki və tələfatların növləri

 

 

1

Əhaliyə vurulan zərərlər, o cümlədən:

 

İnsan sağlamlığının itirilməsi nəticəsində vurulmuş humanitar-mənəvi zərərlər

Xocalı soyqırımı

Terror qurbanları üzrə

Münaqışə nəticəsində həlak olanlar üzrə

Əsir, girov və  itkin düşənlər üzrə

Əlil olanlar üzrə

Qaçqın və məcburi köçkünlər üzrə

2

Maddi zərərlər:

 

Yaşayış evləri üzrə

Yardımçı tikililər üzrə

       Ev əşyaları üzrə

       Məişət əşyaları üzrə

       İribuynuzlu mal-qara üzrə

  Xırdabuynuzlu mal-qara üzrə

  Ev quşları üzrə

  Təkdırnaqlılar üzrə

  Şəxsi avtomobilləri üzrə

  Arı ailələri üzrə

   Həyətyanı, bağ və bostan sahələrindən istifadədən məhrumiyyətlər üzrə

 

Faiq İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü