Modern.az

Səhiyyə Nazirliyindən “Whatsapp”dakı “donuz qripi” ilə bağlı BƏYANAT

Səhiyyə Nazirliyindən “Whatsapp”dakı “donuz qripi” ilə bağlı BƏYANAT

Aktual

16 Yanvar 2019, 17:47

Sosial şəbəkələrdə küləklə birlikdə Azərbaycana donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

 

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verib.

Qeyd olunub ki, ölkəmizdə bu virus yayılmayıb:

“Ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir. Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidimioloji durum tam nəzarət altındadır”.

 

Qeyd edək ki, “Whatsapp” da yayılan səsyazısında sabah ölkəyə külək vasitəsilə donuz qripinin yayılacağı iddia edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü