Modern.az

Kooperasiya Universitetində 20 Yanvar şəhidləri anıldı

Kooperasiya Universitetində 20 Yanvar şəhidləri anıldı

Aktual

19 Yanvar 2019, 17:14

19 yanvarda Azərbaycan Kooperasiya Universitetində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Universitetin akt zalında baş tutan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra tədbir iştirakçıları faciənin dəhşətlərini özündə əks etdirən videoçarxı izləyiblər. 

Sonra universitetin tədris işləri üzrə prorektoru Fikrət Quliyev çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb etdiyini, həmin müthiş gecənin illərlə müstəqillik, azadlıq eşqi ilə yaşayan xalqımıza yeni nəfəs verdiyini bildirib.

 

Natiq vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra həmin hadisələrə siyasi-hüquqi qiymət verilib. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi qərara əsasən 20 Yanvar tarixi Ümumxalq Hüzn Günü elan edilib. 

 

Tədbirdə universitetin İstehlak mallarının ekspertizası kafedrasının müdiri, professor Vilayət Əliyev, mətbuat katibi, Tələbə gənclər təşkilatının sədri Tamerlan Əkbərov, pedaqoji fakültənin III kurs tələbəsi Sədayə Ağalarova çıxış ediblər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü