Modern.az

Bina uçqununda ölənlərin sayı 15-ə çatdı

Bina uçqununda ölənlərin sayı 15-ə çatdı

8 Fevral 2019, 21:01

Türkiyənin səhiyyə naziri Fahrettin Koca İstanbulun Kartal rayonunda çökən səkkizmərtəbəli binanın dağıntıları altından yaralı olaraq xilas edilən vətəndaşları Kartal Tədris və Araşdırma Xəstəxanasında ziyarət edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, ziyarətdən sonra mətbuata açıqlama verən F.Koca ölənlərin sayının 15-ə çatdığını bildirib. Bildirib ki, xilas edilən 14 nəfərdən 13-nün müalicəsi davam edir. Onlardan yeddisi reanimasiya şöbəsindədir.

 

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

 

Qeyd edək ki, hadisə fevralın 6-da baş verib. Yeddi mərtəbəli binadakı 14 mənzildə 43 nəfərin qeydiyyatda olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?