Modern.az

Navalnı dünya tarixinin böyük qəhrəmanıdır - SAAKAŞVİLİ

Navalnı dünya tarixinin böyük qəhrəmanıdır - SAAKAŞVİLİ

30 Aprel 2024, 15:10

"Navalnı dünya tarixinin böyük qəhrəmanıdır".

 

Modern.az xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbsxanadan “Dojd” telekanalının jurnalisti Yekaterina Kotrikadzeyə müsahibə verib.

 

O, Aleksey Navalnı, Ukraynadakı müharibənin perspektivləri və Gürcüstandakı etirazlar barədə fikirlərini bölüşüb.

 

“Aleksey Navalnının öz kamerasından mənimlə həmrəy olduğunu bildirməsi məni çox təsirləndirdi, o, mənim üçün dünya tarixinin böyük qəhrəmanıdır. Putin qoşunlarla Kiyevə yürüş edən kimi mən onun işinin bitdiyini dərhal dedim", - Saakaşvili bildirib.

 

Eks-prezident hesab edir ki, Gürcüstanda əleyhinə kütləvi nümayişlər keçirilən “xarici agentlər” haqqında qanunun qəbulu ölkədə hakimiyyət dəyişikliyi prosesini dərinləşdirəcək və sürətləndirəcək. O, həmçinin rusiyalı siyasi məhbus Vladimir Kara-Murza ilə yazışmalar apardığını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi