Modern.az

Dünyanın rəqəmsal baxımdan ən inkişaf etmiş ölkəsi seçildi

Dünyanın rəqəmsal baxımdan ən inkişaf etmiş ölkəsi seçildi

Aktual

24 May 2019, 00:36

“Expat Insider” təşkilatının keçirdiyi sorğuya əsasən, Estoniya dünyanın rəqəmsal baxımdan ən inkişaf etmiş ölkəsi seçilib.

Modern.az “Azərtac”a istinadən xəbər verir ki, reytinqdə ikinci yeri Finlandiya, üçüncü yeri isə Norveç tutur. Bu ölkələrdə, demək olar ki, bütün xidmətlərin onlayn alternativləri var. Nağdsız ödəmələr bu ölkələrin hər bir sahəsində problemsiz işləyir.

 

Bu baxımdan ən zəif ölkələr isə Myanma, Çin, Misir, Hindistan, Peru, Uqanda, İndoneziya və Türkiyədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rəisinin öldüyü qəzada daha 8 nəfər həlak olub