Modern.az

Qaxda ağır QƏZA: Əsgər yanına gedən bir ailədən 3 ölü - YENİLƏNİB

Qaxda ağır QƏZA: Əsgər yanına gedən bir ailədən 3 ölü - YENİLƏNİB

Aktual

11 Avqust 2019, 08:37

Ötən gün axşam saatlarında Qax rayonunda baş vermiş ağır yol qəzasında ölən və yaralananların adları məlum olub.

Modern.az "Report"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində Akif Ağayev, onun həyat yoldaşı Leyla Ağayeva və bacısı oğlu Tural Nəzərov həyatlarını itirib.

Eyni zamanda Asya Ağayeva, Sevda Mirzəyeva və Zaqatala sakini Kərimzadə Çağrı Tərlan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Ölənlər Qaxdan hərbi xidmətdə olan övladlarının sabah keçiriləcək andiçmə mərasiminə gedirlərmiş.

***

Qax rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Modern.az  "Report"a istinadən xəbər verir ki,  hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunun 30-cu kilometrliyində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü