Modern.az

Tural Gəncəliyev: “Erməni icması bütün əlaqə cəhdlərimizi rədd edir”

Tural Gəncəliyev: “Erməni icması bütün əlaqə cəhdlərimizi rədd edir”

10 Oktyabr 2019, 14:10

"Dağlıq Qarabağ bölgəsinin erməni icmasına ünvanladığımız çoxsaylı mesajlara hər hansı formada cavab verilmədi".

 

Bunu Modern.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev söyləyib. O qeyd edib ki, beynəlxalq təşkilatlar, səfirliklər vasitəsilə dəfələlər konstruktiv müzakirələr üçün müraciət olunub:

 

"Təəssüf ki, Erməni icması bütün əlaqə cəhdlərimizi rədd edir. Hər hansı yenilik yoxdur. Bu isə Erməni icmasının, xüsusilə onları əsarətdə saxlayan Qarabağdakı cinayətkar xunta rejiminin nə qədər destruktiv mövqedə olduğunun göstəricisidir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?