Modern.az

Respublikaçı senator: Məgər ABŞ o qədər zəifdir ki, Türkiyə bizi vadar edir?

Respublikaçı senator: Məgər ABŞ o qədər zəifdir ki, Türkiyə bizi vadar edir?

Aktual

19 Oktyabr 2019, 12:29

Senator Mitt Romni Prezident Donald Trampın ABŞ əsgərlərini Suriyadan çıxarmaq qərarını ən sərt tənqid edən Respublikaçı senatorlar sırasındadır.

 

Cümə axşamı Senatda söylədiyi niqtdə Romni Trampın kürdlərlə bağlı siyasətini “Amerika tarixində qan ləkəsi” adlandırıb.

Romni hesab etdyini bildirib ki, Tramp Türkiyənin təzyiqləri qarşısında belə bir addım atmağa məcbur edilib.

 

“Belə bir fikir irəli sürülür ki, Türkiyə Amerikanın blefini açaraq prezidentə deyib ki, onun nə edib-etməsindən asılı olmayaraq onlar gələcəklər,” Utah ştatını təmsil edən Senator və 2012-ci ildə prezidentliyə Respublikaçı namizəd olmuş Romni bildirib. “Əgər belədirsə, biz bunu bilməliyik. Bu, bizə Türkiyə ilə indi və gələcəkdə necə davranmağımız haqda çox şey deyəcək.”

Daha sonra Romni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident Trampa ultimatim verib-vermədiyini sual edib.

“Görəsən biz o qədər zəif və diplomatik baxımdan səbatsızıq ki, Türkiyə Amerika Birləşmiş Ştatlarını vadar etdi? Türkiyə?!” Mitt Romni sual edib. “Mən inanıram ki, bu suallara cavab tapmaq üçün ictimai dinləmə keçirilməlidir və ümid edirəm ki, Senat həmin dinləmələri gələn həftə keçirəcək.”

 

Hər iki partiyanın qınaqları ilə üzləşən Prezident Tramp əsgərləri Suriyadan çıxarmaq qərarını müdafiə edərək çərşənbə günü müxbirlərə deyib ki, o, seçki kampaniyası zamanı vəd etdiyi kimi ABŞ əsgərlərini geri gətirir.

“Artıq əsgərlərimizi evlərinə geri qaytarmaq vaxtıdır. Heç bir əsgərimiz yaralanmayıb, çünki mən prezidentəm və biz bossuq. Bunu unutmayın,” Donald Tramp bildirib.

Tramp Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Türkiyəyə Suriyanın şimalına hərbi müdaxilə etməsinə “yaşıl işıq” göstərdiyinə dair ittihamları rədd edir.

“Mən telefon danışığından dərhal sonra çox güclü məktub yazdım. Mən yaşıl işıq verməmişəm,” Tramp söyləyib.

 

amerikaninsesi.org

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü