Modern.az

“Əlimizdən gələni edib adımızı qaytarmalıyıq!” - Dövlət Neft Şirkətinin keçmiş prezidenti

“Əlimizdən gələni edib adımızı qaytarmalıyıq!” - Dövlət Neft Şirkətinin keçmiş prezidenti

4 Noyabr 2019, 08:53

“Azərbaycanlı Azərbaycanda yaşayan deməkdir. Etnik mənsubiyyətimizdən asılı olmayaraq hamımız Azərbaycanlıyıq. Bu gün Azərbaycanda hər etnik qrup öz adı ilə adlanır. Lakin türklər istisna olaraq azərbaycanlı adını daşıyır”.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin keçmiş prezidenti, iqtisadçı ekspert Sabir Bağırov bildirib.

S.Bağırov qeyd edib ki, türklərin azərbaycanlı adını daşıması düzgün deyil:

“Türklər sanki diskriminasiya olunmuş etnik qrupdur. Bu Stalin siyasətinin nəticəsidir. 30-cu illərin ortalarından (dəqiq ili bilmirəm. Deyilənə görə 1937-ci ildən) Şimali Azərbaycanda yaşayan türkləri azərbaycanlı adlandırdılar. O zaman ciddi müqavimət olmadı. O quldur rejimində mümkün deyildi. İndi isə ölkəmiz müstəqildir. Tarixi ədaləti bərpa etmək mümkündür. Əlimizdən gələni edib adımızı qaytarmalıyıq!".

Whatsapp
Bizə yazın!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı