Modern.az

Məşhur müğənni qazaxlı nənəyə ev tikəcək

Məşhur müğənni qazaxlı nənəyə ev tikəcək

Aktual

31 Dekabr 2019, 10:54

Son dövrlər sosial şəbəkədə gündəmdə olan 77 yaşlı Əsmər Cəfərovaya yeni ev tikiləcək.

 

Modern.az xəbər verir ki, Xalq artisti Röya Ayxan Qazax sakini Əsmər Cəfərovaya yeni ev tikdirəcək. Buna səbəb Əsmər Cəfərovanın Qazaxın Quşçu Ayrım kəndindəki evinin yararsız halda olmasıdır. Müğənni məhz bu səbəbdən Ə. Cəfərovanın hazırkı mənzilinin yanında 3 otaqlı mənzil inşa etdirəcək və oranı bütün ev əşyaları ilə təmin edəcək.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı