Modern.az

Naxçıvanda 18 nəfər koronavirusa YOLUXDU

Naxçıvanda 18 nəfər koronavirusa YOLUXDU

Ölkə

6 Aprel 2020, 11:17

“Ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında 2896 nəfər nəzarətdə saxlanılır”.


Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidətindən bildirilib.


Qeyd edilib ki, onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir:


“Bu günə qədər 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü