Modern.az

Neftçalada ağır qəza: xəsarət alanlar var

Neftçalada ağır qəza: xəsarət alanlar var

3 İyun 2020, 20:10

Neftçala rayonunda yol qəzası baş verib.

Modern.az xəbər verir ki, hadisə Neftçala-Salyan avtomobil yolunun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2115” və “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2115”də olan Neftçala rayon sakinləri - 1978-ci il təvəllüdlü Abdullayev Səməd Mirələkbər oğlu və 1978-ci il təvəllüdlü Mənəfov Sadiq Məhəmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi