Modern.az

Göyçayda ev yandı - 1 ölü

Göyçayda ev yandı - 1 ölü

31 İyul 2020, 23:29

Göyçay rayonunda ev yanıb və hadisə faciə ilə nəticələnib.

 

Modern.az bildirir ki, hadisə rayonun Ləkçıplaq kəndində baş verib. Kənd sakini 1941-ci il təvəllüdlü Qarayeva Malikə Nəbi qızına məxsus ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ev tamamilə yanıb. Bərk qorxu və dərin həyəcan keçirən ev sahibi 79 yaşlı Malikə Qarayeva ürək tutmasından dünyasını dəyişib.

 

Deyilənə görə ailə üzvləri hadisədən gec xəbər tutub və alov qısa vaxtda evi tam əhatə edib. Yanğınsöndürənlər alovun ətraf tikililərə keçməsinin qarşısını alıb, yanğın tam söndürülüb.

 

Faktla bağlı araşdırma aparılır, yanğının hansı səbəbdən baş verdiyi dəqiqləşdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü