Modern.az

Çempionlar Liqasının final oyunu təxirə salındı

Çempionlar Liqasının final oyunu təxirə salındı

Aktual

11 Avqust 2020, 23:41

Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin final oyunu təxirə salınıb.

Modern.az xəbər verir ki, UEFA "Drita" (Kosovo) ilə "Linfild" (Şimali İrlandiya) arasındakı matçı başqa vaxta təyin edib.

Buna səbəb Kosovo klubunun futbolçusunda koronavirus infeksiyasının aşkarlanmasıdır. Adı açıqlanmayan oyunçu virusa yoluxduğundan, tibbi protokola uyğun olaraq bütün komanda karantinə alınıb.

Buna qədər yarımfinalda "İnter"lə (Andorra) görüşdən əvvəl "Drita"nın bir oyunçusunda koronavirus testi pozitiv çıxdığından, həmin şəxs karantinə alınmışdı.

İsveçrənin Nyon şəhərində keçirilməli olan "Drita" - "Linfild" görüşünün hansı tarixdə oynanılacağına qitə futbol qurumu hələ qərar verməyib. Cütlüyün qalibi I təsnifat mərhələsində Varşava "Legiya"sı (Polşa) ilə qarşılaşacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı