Modern.az

Trampın Nobel sülh mükafatına namizədliyi irəli sürüldü

Trampın Nobel sülh mükafatına namizədliyi irəli sürüldü

Aktual

9 Sentyabr 2020, 14:14

Norveçli deputat Kristian Tibrinq-Gedde ABŞ Prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyini irəli sürüb.

 

Modern.az-ın məlumatına görə, deputat Nobel komitəsinə məktub ünvanlayıb.

 

Məktubda Donald Trampın İsraillə Birləşmiş Ərəb Əmirlikləri arasında münasbətlərin qurulmasında aparıcı rol oynadığı deyilir. 

 

Qeyd olunur ki, Yaxın Şərqin digər ölkələri də bu addımı atsa, həmin razılaşma regionun taleyində mühüm rol oynamış olacaq və bunun sayəsində Yaxın Şərq əməkdaşlıq və çiçəklənmə regionuna çevriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?