Modern.az

Almaniyalı professorun vebinarı keçiriləcək

Almaniyalı professorun vebinarı keçiriləcək

Aktual

16 Sentyabr 2020, 10:27

Sentyabrın 24-də saat 15:00-da Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə “Avropa Birliyinin enerji təhlükəsizliyində Xəzər regionunun rolu” mövzusunda vebinar keçiriləcək.

 

Universitetdən Modern.az-a bildirilib ki, vebinar Almaniyalı professor və ekspert Urs Unkauf tərəfindən aparılacaq. U.Unkauf 45 dəqiqə ərzində təqdimat edəcək, 15 dəqiqə isə sual-cavab bölməsinə həsr olunacaq. Tədbir hər kəs üçün açıqdır.

 

Urs Unkauf Almaniyada yerləşən Qlobal İqtisadi Şəbəkə olan İqtisadi İnkişaf və Xarici Ticarət üzrə Federal Assosiasiyada diplomatiya üzrə müşavir vəzifəsində çalışır. İxtisasca tarixçi və sosioloq olan U.Unkaufun akademik maraq istiqamətləri Xəzər regionu, Mərkəzi Asiya və Şərqi Avropa sayılır. Urs Unkauf Fransa, İsrail, Rusiya, Belarusiya və Ukraynada akademik mübadilə proqramlarında iştirak edib.

 

Tədbirin linki :

 

//teams.microsoft.com/dl/launcher/launcher.html?type=meetup-join&deeplinkId=834b24d9-752c-4aa0-a4d5-0d29141fa0e9&directDl=true&msLaunch=true&enableMobilePage=true&url=%2F_%23%2Fl%2Fmeetup-join%2F19%3Ameeting_YjcyMjk4NjItODc5YS00OTZlLTg3Mm[email protected]%2F0%3Fcontext%3D%257B%2522Tid%2522%253A%25220346efb5-dffb-4aaf-a159-079c1c0325c7%2522%252C%2522Oid%2522%253A%2522fb3808b1-659e-4b57-aee0-41f0787b94fa%2522%257D%26fbclid%3DIwAR09J3UDlAB-QktBUofOFxrmGezNxVwnrribUHWfDKbc1ewdcfW5jn3gFjU%26anon%3Dtrue&suppressPrompt=true

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü