Modern.az

Toponimiya komissiyası Saqian kəndinin Günəşli adlandırılmasını BƏYƏNDİ

Toponimiya komissiyası Saqian kəndinin Günəşli adlandırılmasını BƏYƏNDİ

Aktual

22 Sentyabr 2020, 15:46

Bu gün Milli Məclisin Toponimiya komissiyasının payız sessiyası üçün ilk iclası keçirilib.

Bu barədə Modern.az-a  komissiya üzvü Əziz Ələkbərli məlumat verib.

Deputat bildirib ki, Komissiyanın iclasında bir məsələ müzakirə olunub:

“Bir müddət bundan əvvəl Şamaxı rayonunda bir kəndin adının dəyişdirilməsi ilə bağlı bizə təklif daxil olmuşdu. Təklif Şamaxıdakı Saqian kəndinin adının “Günəşli” adlandırılması ilə bağlı idi. Nəhayət bu gün onlayn iclasda bu məsələni müzakirə etdik. Saqian kəndinin adının dəyişdirilib “Günəşli” adlanması ilə bağlı məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub”.

Əziz Ələkbərli qeyd edib ki, Şamaxı Rayon İcra Hakimiyyətindən eyni zamanda kəndin adının hansı adla əvəzlənməsi ilə bağlı da təklif komissiyaya daxil olub:

“Bundan əvvəlki dövrlərdə - 1994-2000-ci illərdə bir müddət bu kənd Günəşli adlandırılıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü