Modern.az

Oqtay Gülalıyev koronavirusdan sağaldı

Oqtay Gülalıyev koronavirusdan sağaldı

Aktual

24 Noyabr 2020, 00:46

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin 6 gün davam edən COVİD-19 virusu ilə bağlı müalicəsindən sonra, növbəti analiz cavabları "neqativ" çıxıb.

 

Modern.az xəbər verir ki, bunu hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev özünün feysbuk hesabında yazıb.

 

"Sabah, günün ikinci yarısında xəstəxanadan çıxarılaraq, müalicəsi ev şəraitində davam edəcəkdir", - deyə T.Gülalıyev bildirib.

 

Qeyd edək ki, noyabrın 16-da Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hüquq müdafiəçisi Oqtay Gülaliyevin ailəsinin müraciəti əsasında onun sağlamlıq vəziyyəti ilə maraqlanıb, bədən temperaturunun yüksək olması nəzərə alınaraq xəstəxanaya köçürülməsi üçün  COVID-19 testi götürüb. Testin noyabrın 17-də açıqlanan nəticəsinə əsasən Oqtay Gülalıyevdə COVİD-19 virusu aşkar edilib və daha sonra xüsusi rejimli xəstəxanaya - "Yeni Klinika" tibb müəssisəsinə yerləşdirilib.

 

Xatırladaq ki, Oqtay Gülalıyev ötən ilin oktyabr ayında Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.

 

Beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra Türkiyəyə aparılıb.

 

Heydər Əliyev Fondunun təşkilati və maliyyə dəstəyi ilə 2019-cu ilin noyabr ayından İstanbulda müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev ailəsinin xahişinə əsasən noyabrın 8-də Bakıya gətirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü