Modern.az

Məşhur Məmmədov: “Paşinyanın fikirləri ermənilərin hansı niyyətdə olduqlarını göstərir”

Məşhur Məmmədov: “Paşinyanın fikirləri ermənilərin hansı niyyətdə olduqlarını göstərir”

Aktual

15 Aprel 2021, 12:16

“Şuşadakı Mədəniyyət Evinin partlaması nəticəsində çox sayda polisin öldüyünü xatırladan Paşinyan hadisənin səbəblərinin aydınlaşdırılmalı olduğunu vurğulayıb. Bu bir daha Azərbaycanı beynəlxalq arenada pis vəziyyətdə qoymağa hesablanmış açıqlamadır”

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov Ermənistanın Baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

 

Deputat qeyd edib ki,  Paşinyan 2020-ci ilin sentyabr-noyabr aylarında Qarabağ münaqişəsi zonasında baş verən müxtəlif döyüş əməliyyatları epizodları ilə bağlı bir çox cinayət işinin başlanıldığını qeyd etməklə növbəti təxribata əl atdığını ortaya qoyub:

 

“2020-ci il oktyabrın 4-də Şuşada erməni polislərin təxribat hazırlamaq üçün toplaşdığı Mədəniyyət evinin vurulması nəticəsində düşmən 20-dən çox itki vermişdi. 200-ə yaxın polis isə yaralanmışdı. İndi Paşinyan kilsənin vurulmasını araşdırmaq istəyir. Paşinyanın bu cür çıxışları polis və hərbçilər arasında bir-birinə olan münasibətə görə, Azərbaycanı beynəlxalq arenada pis vəziyyətdə qoymağa hesablanıb. Bu bir daha onu göstərir ki, bu həqiqətən də Azərbaycana qarşı təxribat idi. Həmçinin bu dünya ictimaiyyətini də aldatmaq niyyətini ortaya qoydu. Eyni zamanda, dinlər arasında gərginliyin yaranması demək idi. Paşinyanın bu fikirləri ermənilərin hansı niyyətdə olduqlarını göstərir. Dünya ictimiayyəti isə kilsənin ermənilər tərəfindən vurulmasını qəbul etməlidir”.

 

Nazrin Malikova

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü