Modern.az

Bu nazirlik gücləndirilmiş iş rejiminə keçib

Bu nazirlik gücləndirilmiş iş rejiminə keçib

Aktual

11 İyun 2021, 18:01

Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatı (AVRO-2020) ərəfəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) üzərinə düşən öhdəlikləri icra edib, müvafiq test işlərini yekunlaşdırılıb.

Bu barədə Modern.az-a NRYTN-dən məlumat verilib.

Məlumata görə, artıq oyunlar zamanı nəqliyyat, telekommunikasiya və poçt xidmətlərinin yüksək səviyyədə təşkilinə dair hazırlıq başa çatıb. Oyunların keçiriləcəyi günlərdə poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri keyfiyyətli və davamlı şəkildə təmin ediləcək.

Nəqliyyat xidmətləri ilə təminat məqsədilə nəqliyyat planı hazırlanıb. Eyni zamanda nazirliyə məxsus “Bakı Taksi Xidməti" MMC tələbata uyğun olaraq taksi xidməti təşkil edəcək.

Oyun günlərində müvafiq öhdəliklərin icrası nəzarətdə saxlanılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü