Modern.az

Ermənistan Naxçıvanı atəşə tutdu - Bir hərbçimiz YARALANDI

Ermənistan Naxçıvanı atəşə tutdu - Bir hərbçimiz YARALANDI

Qarabağ

14 İyul 2021, 12:54

İyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.


Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, atışma nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü